Sosial şəbəkələrdə həyəcan yaradan çağırışlar edən şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.

Dunyaxeber.org xəbər verir ki, paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.