Cənab nazir!
Bir neçə gün bundan öncə həyat yoldaşım, Mingəçevir şəhər 2 saylı musiqi məktəbinin müəlliməsi 3 yaşlı övladımın qarşısında məni bıçaqlayıb. Hadisə ilə bağlı Bərdə RPŞ – də cinayət işi açılıb. Qeyd edim ki, həyat yoldaşım olan müəllimə psixoloji vəziyyəti ağır olduğundan bundan öncə də səbəbsiz olaraq şüşə ilə öz qollarını doğramışdır.
Cənab nazir!
Hadisədən sonra həyat yoldaşım olan müəllimə heçnə olmamış kimi gedib məktəbdə dərs deyib. Təsəvvür edirsiniz, bu nə deməkdir? Sabah kim zəmanət verə bilər ki, öz həyat yoldaşını bıçaqlayan müəllimə məktəbdə şagirdlərə nələr etməz? O necə tərbiyə, təhsil verə bilər?
Yaşar Nuriyev,
Bərdə rayon Koroğlu küçəsi ev 27
Sakit Muradov