“Qalatasaray”ın sabiq oyunçusu baş məşqçi təyin edildi – FOTO

“Qalatasaray”ın sabiq oyunçusu Səlcuk İnan Türkiyənin “Qaziantep” futbol klubuna baş məşqçi təyin olunub. 

Məlumat klubun rəsmi internet səhifəsində dərc edilib.

39 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

S.İnan 2020-22-ci illərdə “Qalatasaray”da köməkçi məşqçi, 2022-23-cü illərdə isə “Kasımpaşa”da baş məşqçi kimi fəaliyyət göstərib.

Mənbə