Almaniyada 18 yaşlı gənc parkinq qaydalarını pozanlar üçün əsl kabusa çevrilib – FOTO

Almaniyada yaşayan 18 yaşlı gənc parkinq qaydalarını pozanlar üçün əsl kabusa çevrilib. Belə ki, o, artıq Greaenhaynihendən olan sakinlərə qarşı 4227 donos yazıb.

Niklas Mattein bundan utanmır və özünü “çuğulluq ustadı” adlandırır.

Məsələ burasındadır ki, hər zaman xüsusi geyimdə olan gənc qayda pozanların avtomobillərinin şəkillərini çəkir, sonra isə onları polisə göndərir. O, artıq yaşadığı şəhərin əhalisinin 8%-ni çuğullayıb, beləliklə şəhər büdcəsinə əlavə 140 min avro qazandırıb.

Şəhərdə Niklasla bağlı sorğu keçirilib və bütün respondentlər onu kəskin tənqid ediblər.

Matteinin özü fəaliyyətinə görə davamlı olaraq təhqir və aqressiya ilə üzləşdiyini bildirir. Bununla belə gənc, heç kəsdən qorxmadığını deyərək, bu hissin ona yad olduğunu bildirib.

Mənbə: News.ru