ABŞ Moskvadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıq ABŞ-nin Rusiyadakı Səfirliyinin saytında yerləşdirilib.
Xəbərdarlıqda hücum ehtimalı olduğu üçün ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılarda iştirakdan çəkinmələri tövsiyə olunur:
“İnsanların toplaşdığı yerlərdən qaçın. Yerli mətbuatda yenilənmələri izləyin. Öz ətrafınızdan məlumatlı olun”, – deyə səfirliyin saytında qeyd edilir.