Azərbaycanın İrandakı terror hücumuna məruz qalan səfirliyi nə zaman açılır? – FOTO/VİDEO

“Hazırda terror hücumuna məruz qalan Azərbaycanın İrandakı səfirliyinin işinin bərpası istiqamətində danışıqlar gedir”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

https://www.youtube.com/watch?v=wdlybj682LI

Qeyd edilib ki, Azərbaycan səfirliyinə terror hücumu edən şəxsə məhkəmə hökm oxuduqdan sonra məsələ barədə fikir mübadiləsi aparılıb:

“Səfirliyin nə zaman fəaliyyətə başlayacağı hələlik bilinmir”.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Mahir İmanov və Vasif Tağıyev – hücumun qarşısını alarkən yaralanıb. 

Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Bu il fevralın 5-də Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb. 

İlhamə Əbülfət

Mənbə