Layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın olduğu YAP Yasamal Rayon Təşkilatı ilə birgə Beynəlxalq Qalereyada ” Azərbaycan Qadını “adlı sərgi təşkil olundu. Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə xanımları təbrik edib , şəxsi həyatlarında və işlərində uğurlar arzuladı. Azərbaycan qadınının qədim zamanlardan bəri uğurlu fəaliyyətindən söz açaraq , qürur, fəxr mənbəyi olduqlarını bildirdi . Beynəlxalq Qalereyanın direktoru Elnurə xanıma daim sənətkarların sərgi – tədbirlərdə göz önündə saxlanması və yeniyetmə və gənclərin vətənpərvərllik ruhunda tərbiyə olunması üçün xüsusilə mühüm rol oynadığını bildirdi. Çıxışında Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgidə 100 müxtəlif yaş qrupundan olan rəssamın müxtəlif texnikalarda 1 əsəri ilə iştirak etdiyini bildirdi. Sərgidə iştirak edən ADPU-nun baş müəllimi Səmayə Rzayeva, Naibə Vəliyeva, Ofeliya Sarıyeva , Samirə Əliyeva, Sevinc Hacıyeva , Səyyar Əliyev, İdrak Novruzov, Asudə Vaxt Mərkəzinin müəllimi Fərəh Babayeva, Novxanı kənd RR Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova , ABC School və English For Kids tədris mərkəzinin müəllimi Arzu Məmişova, Cəbrayıl rayon Qovşudlu Kənd Orta məktəbin müəllimi Tofiqə Əliyeva , 28 nömrəli orta məktəbin müəllimi Səkinə Hüseynova, Erudit Tədris Mərkəzinin müəllimi Gövhər Məmmədova, Rüfanə Art Studionun rəhbəri Rüfanə Dünyamalıyeva, İnci Psixoloji və Tədris Mərkəzinin müəllimi Günel İsmayılova, Zabrat Tədris Mərkəzinin müəllimi Aytən İsayeva,Humanitar Kollecin müəllimi Əsmər Azadi tələbələri ilə iştirak edirdilər. Sonda iştirakçılar Fəxri Fərmanla təltif olundular, xatirə fotoları çəkildi .
Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal