Ukraynanın Odessa limanında partlayış baş verib.
Qeyd olunur ki, həmin vaxt Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşüb.
Yunan mənbələrinin məlumatına görə, Mitsotakisin təyyarəsi yerli vaxtla saat 10:30 radələrində şəhər limanında baş verən güclü partlayışdan 15 dəqiqə əvvəl Odessaya enib. Yunanıstanın baş nazirinin səfərinin ən ciddi məxfilik şəraitində planlaşdırıldığı vurğulanır. Bəzi imənbələr raketin şəhərdən buraxıldığını bildirir.
Digər mənbələr iddia edir ki, Odessada partlayış zamanı Zelenskinin özü də partlayış baş verən ərazidə ola bilərdi. Həmin vaxt limanda Xüsusi Əməliyyat Qüvvələrinin üzvlərinin mükafatlandırılması mərasimi keçirilib.
Mənbə: tvc.ru