Ermənistanda saxlanılan Azərbaycan əsgəri barəsində cinayət təqibi dayandırıldı

Ermənistanın Sünik rayonu Teh kəndi yaxınlığında erməni hərbçiləri tərəfindən saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibi dayandırılıb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.