Britaniya Ukraynadakı bizneslər üçün 250 milyon funt sterlinq kredit limiti verəcək

Britaniya Beynəlxalq Sərmayə (BBS) qurumundan Ukraynanın özəl sektoru üçün kredit limiti aprel ayından etibarən əlçatan olacaq.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat Nazirliyinin press-relizində bildirib.

BBS Ukraynada özəl sektorun maliyyələşdirilməsi üçün 250 milyon funt sterlinqə qədər ümumi limit elan edib.

Bu vəsaitlər Ukraynadakı tərəfdaş maliyyə təşkilatlarının cəlb edilməsi ilə birgə investisiya platforması vasitəsilə əldə ediləcək.

“Əvvəllər Britaniya Beynəlxalq Sərmayə Ukraynanın işlədiyi beynəlxalq maliyyə qurumlarının xəritəsində yox idi”, – deyə Ukraynanın Baş nazirinin müavini – iqtisadiyyat naziri Yuliya Svırıdenko vurğulayıb.