Azərsu Binəqədidə insanlara su verir, amma yolunu kəsərək – VİDEO

Binəqədi rayonu Gülüstan küçəsi, döngə 12 ünvanından Gundeminfo.az-a vətəndaşların müraciəti daxil olub. Sakinlər bildirir ki, aylardır ki, Azərsu su borularını təmir etmək adı altında küçəni qazıb.

Qazıntı işlərini bitirib, boruları təmir edib gediblər. Əvəzində küçə bərbad vəziyyətə salınıb.

Gundeminfo – TV-yə ünvanladıqları müraciətlərində sakinlər bildirir ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülməyib.

Sakinlərin redaksiyamıza ünvanladıqları müraciəti sizlərə təqdim edirik.

Qeyd edək ki, vətəndaşların müraciəti ilə bağlı olaraq Azərsu-ya rəsmi sorğu yollasaq da cavab ala bilmədik.