21-26 fevral 2024 cü il tarixində Türkiyənin Antaliya şəhərində
Türkiyə Cocuk Romatoloji Dərnəyinin Konfransi keçirimişdir.
Azərbaycan Pediartik Kardiologiya və Revmotologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva həmin konfransa Dernek başqanı Özgür Kasap Copurun dəvəti ilə qatılmışdır.
Pediartik Kardiologiya və Revmotologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva Fact-info.az-a tədbir haqqında bunları bildirib: “Konfrans kifayət qədər maraqlı diskusiyalarla keçdi. Dərnək başqanı və dərnəyin təşkilat komitəsinin üzvləri ilə görüşlər kecirildi və gələcək əməkdaşliq ücün addimlar atildı”.
QHT sədri daha sonra onu da vurğuladı: “Konfrans iştirakcilarının cografiyasi geniş idi. ABŞ-dan, Qərbdən və digər regionlardan gələn iştirakçılar maraqlı müzakirələrə qoşuldular. Konfransda bir sosial layihə kimi, yeni təşkilatlarla işbirliyinin qurulmasi, birgə elmi fəaliyyət, habelə təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri gündəmə gətirildi. Konfransın böyük elmi və praktiki əhəmiyyətli ondan ibarət oldu ki, revmotoloji xəstəliklərin yeni müalicə üsulları və həmçinin aparılan elmi tədqiqat işlərinin nəticələri haqqinda maraqli məruzələr dinlənildi, təkiliflər səsləndi. Toplantını çox səmərəli və təcrübə mübadiləsi baxımından əhəmiyyətli hesab edirəm”.
Fact-info.az