Cənub Qaz Dəhlizi Məşvərət Şurası tarixində ən böyük iclas

 Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün 10-cu ildönümündə Cənub Qaz Dəhlizi Məşvərət Şurası tarixində indiyə qədərki ən böyük iclası keçirilib, bu gün iclasda 23 ölkə iştirak etdi.

Bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Bu bizə bir çox mesajlar verir. İkinci ildir ki, Azərbaycan yaşıl enerji sahəsində fəaliyyət göstərir. Bu gün, bu qədər sayda ölkə və beynəlxalq şirkətlərin iştirakı bizi sevindirir. Azərbaycanda Prezident İlham Əliyev sayəsində bu sahə ciddi inkişaf edir”, – deyə nazir qeyd edib.

O bildirib ki, bu görüş çərçivəsində Azərbaycanın xüsusilə dəniz küləyinin inkişaf etdirilməsi geniş şəkildə müzakirə edilib və bu istiqamətdə müqavilələr imzalanıb.

Mənbə