Gənc alimlərə ev verməkdənsə, onlara elə maaş vermək lazımdır ki, evi özü ala bilsin.
Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.
“Gənclərə səlahiyyət vermək daha önəmlidir. Bu gün artıq bizim məzunlarımız xaricdə təhsil alıb geri qayıtmağa başlayıb. Amma geri qayıdıb nə edəcək? Onları geri qaytarıb onlara hansısa texniki işi gördürəcəyiksə bu lazım deyil, onlara müvafiq işlər verilməlidir. Onları ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq”, – o bildirib.