AZƏRBAYCAN RESPUKLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ AÇIQ MƏKTUB

Möhtərəm cənab Prezident !

Uzun illərdən sonra Qarabağımızı azad etməyinizlə xalqımızın qəlbində özünüzə əbədi yer etdiniz . Qalib Ordumuzun Fizuliyə ,Hadruta ,Cəbrayıla , Zəngilana , Qubadlıya , Laçına ,Ağdama , Kəlbəcərə , Ağdərəyə , Xocavəndə , Xocalıya ,Xankəndinə sancdığı üçrəngli bayrağımızı qaldırıb – dalğalandıranda yanan ürəklərimizə su səpdiniz . Nəhayət 26 fevralda Xocalıda Soyqırım memorial kompleksinin təməlini qoydunuz . Tədbirdə iştirakınız və söylədiyiniz nitqiniz dünyaya yeni bir mesaj və Xocalıya ədalət , Xocalı soyqırımının tanıdılmasında mühüm bir addım oldu . Həmişə olduğu kimi bütün Xocalı o gün qəlbən yenə Sizin ətrafınızda idi .Təbii ki , o gün Sizin ətrafınızda olan Xocalımızın layiqli oğul və qızları kimi hamımız orda olmağa can atsaq da bir tədbirə bu qədər insanı cəlb etməyin mümkünsüz olmasını bilirdik.
Cənab Ali Baş Komandanımız inanırıq ki , Xocallya səfərləriniz mütəmadi olub və olacaqdır .Əminik ki , Novruz bayramı ərəfəsində ilk əlli ailənin Xocalıya köçürülməsi prosesində də şəxsən iştirak edəcəksiniz . Bu Novruz bayramına təsadüf etməklə bayramın – bayrama qarışacağı möhtəşəm , tarixi bir gün olacaqdır .
Cənab Prezident , Ulu Öndərimizin Xocalı faciəsinin ikinci ildönümü ərəfəsində Xocalıdan olan bir qrup ziyalını və şəhid ailəsini qəbul etdiyi görüşdə mənim bir neçə cümləlik çıxışım bu sözlərlə bitdi : Cənab Prezident Sizin apardığınız siyasəti tam dəstəkləyir , apatdığınız sülh danışıqları yolu ilə torpaqlarımızın azad ediləcəyinə inanırıq .Əgər bu alınmazsa Sizin ilk əmrinizlə əlimizdə silah döyüş yolu ilə torpaqlatımızı azad etməyə hazırıq !
Cənab Prezident təəssüflər olsun ki , ermənilər uzun illər boyu aparılmış sülh danışıqları yolu ilə torpaqlarımızı azad etmədilər . Sizin sərkərdərliyinizlə döyüş yolu ilə torpaqlarımızı azad etdik .
Ulu Öndərimiz Gülüstan Sarayında 1996- cı ildə keçirilmiş Ramazan süfrəsində Xocalının simvolları olan , ilk Milli Qəhrəmanlarımız Əlif Hacıyevin və Tofiq Hüseynovun övladları Zərinə ilə Muradı solunda və sağında əyləşdirmişdi .
ÖLKƏMİZİN HANSI GÜŞƏSİNDƏ OLURSA OLSUN ,TOFİQ HÜSEYNOV DEYƏNDƏ – XOCALI , XOCALI DEYƏNDƏ ƏLİF HACIYEV ANILIR.
Cənab Prezident arzu edirəm ki , Xocalıya növbəti səfərinizdə Əlifin ,Tofiqin və digər şəhidlərimizin övladları , yaxınları , ağır əsirlik həyatı yaşamış insanlar və Ulu Öndərimizin yaxın silahdaşı , Xocalımızın böyük oğlu qeneral polkovnik Ramil Usubov da ətrafınızda olsun .

Dərin hörmətlə : Xocalı soyqırımında ailəsindən altı şəhid vermiş, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Hüseynov Akif Mirsiyab oğlu.