“Prezidentin yaşıl marketlər açılması ilə bağlı təklifi var idi, amma yerinə yetirilmədi”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
“Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunu ləğv edirlər. Bu sizin də masanıza gəlib çıxacaq. Qanunu yerinə yetirə bilmirlər, belə olan halda qanunu nə üçün ləğv edirlər?”
Komitə sədri Zahid Oruc isə cavab olaraq bildirib ki, qanunun ləğvi ilə bağlı sənəd artıq gəlib.