Ərdoğana yaşı qədər qızılgül göndərdi »

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana doğum günü münasibətilə 70 qızılgül göndərib.

Bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan Baxçalının bu hərəkətini təqdir edib:

“Əvvəla, cənab Dövlət Baxçalı hər zamankı kimi nəzakət və mehribanlıq nümayiş etdirdi. O mənə yaşım qədər qızılgül göndərib. Həmçinin özünəməxsus estetikaya malik bir qələm də hədiyyə edib. Mümkün olan ən yaxşı şəkildə həmrəyliyimizi davam etdirəcəyik”.

Mənbə