DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət edib »

 Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Bu barədə DTX-dən məlumat verilib

Bildirilir ki, abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Mənbə