Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda ortaq universitetin yaradılması işləri yekunlaşıb.
Bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) açıqlamasında bildirilib.
Məlumata görə, Türkiyə-Azərbaycan Universiteti xüsusilə səhiyyə, mühəndislik və informatika sahələrində Türkiyə ali təhsil təcrübəsini Azərbaycana gətirəcək.
Bu il fəaliyyətə başlayacaq birgə universitetin məqsədi təhsil sahələrində ixtisaslı kadrlar hazırlamaq və hər iki ölkənin elmi tədqiqat imkanlarını bir araya gətirməkdir.
Türkiyənin köklü universitetlərinin YÖK tərəfindən təyin olunacaq bakalavr və magistr proqramlarının həyata keçiriləcəyi universitet yeni ali təhsil modeli kimi beynəlxalq tələblərə cavab verəcək.