Life Academy Beynəlxalq Ana Dili Gününə həsr olunmuş Forumun rəsmi tərəfdaşı oldu

Təhsil Forumu Platformasının təşkilatçılığı ilə 18.02.2024-cü il tarixində Pullman hoteldə keçirilmiş Beynəlxalq Ana Dili Gününə həsr olunmuş, mövzusu “Ana dilimiz dövlətçilik simvolumuzdur” olan forumda rəsmi tərəfdaş olaraq “Life Academy”-nin nümayəndələri də iştirak etmişdir. Tədbirdə millət vəkilləri,universitet rəhbərlikləri və digər dövlət nümayəndələri,həmçinin dilşünaslar çıxış etmiş,tanınmış spikerlər öz fikirlərini auditoriya ilə bölüşmüşdür.

Saytımıza müsahibə verən “Life Academy” təhsil mərkəzinin tədris işləri üzrə şöbə müdiri Hilal Məmmədov “Təhsil Forumu” Platformasının təsisçisi Emil Tağızadəyə rəsmi tərəfdaş olaraq Life Academy-i də seçdiyi üçün öz təşəkkürünü bildirmiş,qarşılıqlı əməkdaşlığın davamlı və çox şaxəli olacağına ümid etdiyini qeyd etmişdir.