Gənclər Fondunun dəstəklədiyi layihə uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) “Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın təbliğ olunması“ adlı layihəsini Bakı Neft və Energetika Kolecində “ Şəhid ailələrinə və Qazilərə diqqət və qayğını və Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhid olmuş hərbçilərin təbliğində gənclərin rolu” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. İctimai Birliyin bu tədbiri gənclər arasında İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmişdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib . Tədbiri giriş sözü ilə acan ADNSU – in nəznində Bakı Neft və Energetika Kolecin direktoru dosent Ata Babayev bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır. Layihə rəhbəri , Ictimai xadim Müqamət Əliyev çıxış edərək bildirib ki, “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması ” adlı layihəsini Bakı şəhəri , Azərbaycan Turizm və Menecment Universitetində ,Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzrində Azərbaycan Sənaye və Texnologiya Kollecində və Bakı Neft və Energetika Kolecində uğurla həyata keçirib. Layihə rəhbəri M.Əliyev onu da qeyd edib ki, bu layihədə faydalanan şəxslər 18 yaşa qədər 400 nəfər, 18-30 yaşına qədər 600 nəfər, dolayı yolla bəhrələnənlər 540 nəfərdən çox olub. Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti,milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib. Konfransda çıxış edən layihə üzrə könüllü ,Qazi ,təqaütdə olan p-l Asif Rəsulov vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalı və Azərbaycanın ərazi bütövlüyü uğrunda Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və qəhrəmanlarının mütamadi təbliğ olunmalıdır. Bakı Neft və Energetika Kolecin müəlimələri Nağıyeva Zəminə,Əskərova Günay, tələbələr Həmzəyeva Nurtac, Xəlilova Xavər,Zeynalov Sənan və digərləri şəhid ailələrinə, qazilərə diqqət və qayğısından söz açdılar. Bildirdilər ki, yeniyetmə və gənclər arasında İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının təbliği mütamadi olmalıdır. . Sonda , Vətən müharibəsindəki parlaq Qələbədən, həmçinin Zəfər paradında nümayiş olunmuş hərbi texnika və ələ keçirilən hərbi qənimətlərdən bəhs edən videoçarxlar və fotoslaydar nümayiş olunmuş ,tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tədbirdə , Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə ADNSU – in nəznində Bakı Neft və Energetika Kolecin direktoru dosent Ata Babayev və direktor müavini Hüseyin Hüseyinov fəxri diplomla təltif edildi. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb. Tədbirdə ,Birliyin yerli şöbələri, İdarə Heyəti, könüllülər, layihə üzrə təşkilat komitəsinin üzvləri, ictimaiyyət nümayəndələri eləcə də QHT və KİV-lərin nümayəndələri iştirak ediblər . Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. GVİB –n KİV şöbəsi