Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına bildirib.
“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”, – o deyib.
Peskov qeyd edib ki, bu halda detalları başa düşmək çox vacibdir: “Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”.
Bundan əvvəl respublikanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan KTMT-də iştirakını dayandırıb.
Son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşləri buraxıb. O cümlədən, Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib.