Nyu Cersidən Kaliforniyaya gedən sərnişin təyyarəsinin tualetində “Təyyarə partlayacaq” qeydi tapılıb. İçərisində 202 sərnişin olan təyyarə Çikaqodakı O’Hare hava limanına məcburi eniş üçün yönləndirilib. Sərnişinləri təxliyə edən polis qrupları saatlarla detektor itləri ilə təyyarədə axtarış aparsa da, heç nə tapa bilməyib. Əsassız bomba təhlükəsindən sonra sərnişin təyyarəsi yoluna davam edib.
Dunyaxeber.org xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatından Kaliforniyaya uçan sərnişin təyyarəsi tualetdə tapılan təhdid qeydinə görə Çikaqoda məcburi eniş edib .
ABŞ mətbuatında yer alan xəbərə görə, Newark Liberty Beynəlxalq Hava Limanından Los-Ancelesə qalxan United Airline şirkətinə məxsus təyyarədə bomba qorxusu yaşanıb.
Polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində “təyyarə partlayacaq” qeydi tapılıb. Bunun üzərinə 202 sərnişini daşıyan təyyarə Çikaqonun O’Hare hava limanına təcili eniş üçün istiqamətləndirilib.
Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyyə edib və saatlarla polis itləri ilə təyyarədə axtarış etsələr də, heç nə tapa bilməyiblər. Daha sonra FTB-nin Çikaqo ofisindən verilən açıqlamada, “Hazırda ictimai təhlükəsizliyə və ya obyektə qarşı qaçılmaz təhlükənin əlaməti yoxdur” dedi. məlumat verilmişdir.
Eltac Zülfüqaroğlu/Turkustan.az