Müharibə olacaq – Paşinyan Parisdə Bakıya qarşı şok iddia irəli sürdü

Ermənistanın baş naziri Nikol Paşinyan “Azərbaycanın hücum edəcəyi” iddiasını yenidən gündəmə gətirib.

Dunyaxeber.org xəbər verir ki, Parisdə “France 24” telekanalına müsahibə verən Paşinyan “Azərbaycanın Ermənistana hücumu ehtimalı böyükdür” deyib.

“Bizim vəzifəmiz beynəlxalq platformalarda əldə olunmuş razılaşmalar çərçivəsində bəyan edilmiş 3 prinsipi sülh sazişində ifadə etməkdir. Bu problemləri və rəsmi Bakıdan gələn bəyanatları təhlil edərkən belə qənaətə gəlirik ki, Ermənistana hücum ehtimalı böyükdür”, – o iddia edib.

Nikol Qərbi Azərbaycan məsələsinə toxunub və öz yurdundan deportasiya olunmuş azərbaycanlıların geri qayıtmaq hüququnu rəsmi Bakının Erməniustana qarşı “ərazi iddiası” kimi təqdim edib.

Ermənistanın baş nazirinin bu cür iddiaları beynəlxalq müstəvidə “Azərbaycanı təcavüzkar kimi” göstərmək cəhdidir və Nikol belə iddialarla Qərbdən daha çox dəstək əldə etməyə çalışır. (publika.az)