Şiddətin arxasında dayanan sirr budur -MARAQLI

Məktəbli qızın öz həmcinsinə qarşı şiddət videosunu görəndə yadıma Moskvadan gələn bir pasiyentimin yaşadığı hallar düşdü (yazıram ki, belə halların qarşısını necə almaq lazım olduğunu biləsiz). Deməli, Moskvadan gələn təxminən 35 yaşlı xanım depressiyadan əziyyət çəkirdi. Deyir 17 ildir ailə qurub Moskvaya getmişəm, ora gedəndən bir gün də olsa üzüm gülməyib, ürəyim açılmayıb… Bu illərdə Moskvada elə bir klinika qalmayıb ki, mən oradakı psixoloqlardan, nevroloqlardan, psixatrlardan…müalicə almayım, karusel kimi klinikaları fırlanıram. Hətta, elə klinika var ki, orada müxtəlif illərdə 5-6 dəfə müalicə almışam. Ürəyimın sıxılması keçmir ki, keçmir…
Elə birinci seansımda sinəsindəki sıxıntı keçdi və yanındakılarla deyib-gülməyə başladı. Birdən şaqqanaq çəkib güləndə sual verdim ki, yadına sal gör axırıncı dəfə nə vaxt belə ürəkdən gülmüsən? Dərin fikrə getdi, dedi Atamın canı axırıncı dəfə bu cür gülməyim 17 il öncə ata evində olduğum vaxtlar olub, ailə qurub Moskvaya gələndən hələ gülməmişəm. Sonra qayıtdı dedi: “Okazıvaetsa” Moskvada həkim yox imiş. Dedim həkim var, ancaq onlar ruhla bağlı problemləri aradan qaldıra bilmirlər.

İndi keçək əsas mətləbə

Sonra həmin xanım qəbuluma 15 yaşlı qızını gətirdi. Dedi bu qıza bütün sinif yoldaşları şiddət göstərirlər. Sinifi dəyişirik, yenə həmin sinifdə şiddət təkrarlanır, məktəbi dəyişirik, xeyri yoxdur, eyni vəziyyətdir… Elə olur ki, ildə iki dəfə məktəbi dəyişirik, 5-6 dəfə sinifi dəyişirik, amma yenə də vəziyyət dəyişmir; bütün məktəb uşaqları bu qızı qısnayırlar, vururlar…, artıq uşaq dərsə getmək istəmir… Hətta, qonşu uşaqlar da bu qızla oynamaq istəmirlər, eyni şiddəti göstərirlər…
Nə isə, bununla da seanslara başladım. Üç seansdan sonra qız dedi qonşu uşaqlar mənə mesaj yazırlar ki, hardasan, niyə görsənmirsən….? Bir müddətdən sonra sinif yoldaşları mesaj yazmağa başladılar… Yay tətili bitəndən sonra ailə Moskvaya qayıtdı və mənə yazdılar ki, hər şey əladır, qız da sinif yoldaşları ilə çox mehribandır?

Sual verəcəksiniz ki, nə baş vermişdi ki, qıza qarşı hər yerdə belə şiddət götərilirdi?
Bunun sirri odur ki, ana ailə qurub Moskvaya gedən kimi, ərinin gəzdiyi əvvəlki rus qadınları bunü qəbullana bilməyiblər… Hər tərəfdən neqativ enerji ötürməyə başlayıblar ki, qız xəstə düşsün və hardan gəlibsə, ora da qayıdıb getsin. Ötürülən neqativ enerjilər qadını depressiyaya salıb, ürəyi sıxılıb, səbəbsiz yerə daim ağlayıb… Bu arada hamilə qalıb və hamiləliyi də eyni qaydada ürək sıxılmaları, ağlamalarla keçib… Nəhayət bu qız doğulub. Anada olan bütün neqativ enerji bərindəki uşağa da hopub. Uşaq necə deyərlər çiləli (elmi dildə desək neqativ enerji ilə) doğulub. Həmin qızı sinif yoldaşları, qonşu uşaqlar görəndə qıcıqlanırlar və əsəbləşirlər; bir pislik etmək istəyirlər… Nəticədə ana klinikaları, qızı isə məktəbləri karusel kimi 17 ildir fırlanırdılar… Nəhayət, biz onları narahat edən neqativ enerjidən təmizlədikdən sonra rahat yaşamağa başladılar. Yeri gəlmişkən, ananın özünə də ailədə yoldaşı tərəfindən, işdə rəhbərlik tərəfindən şiddət göstərilirdi, daim evdə dava dalaş idi. Seanslardan sonra bu da aradan qalxdı.

İndi cəmiyyətdə belə hallar olduqca çoxalıb. Bəzi valideynlər məktəbi, müəllimi qınayır, bəziləri şikayət edir…amma, heç nə dəyişmir, hara getsə uşaq qısnamaya məruz qalır…
Yazdım biləsiz ki, belə hallar nədən yarandığını və necə aradan qaldırılmalı olduğunu biləsiz. Vaxtında tədbir görülməsə uşaq işləyəndə, ailə quranda da (o halda ailə qurmaq da çətinləşir və ancaq özü kimi neqativ enerjili adamla ailə qura bilir) şiddət daha kəskin formada davam edir….

Zəruri qeyd: adətən valideynlər bu cür uşaqları bizim qəbulumuza gətirməkdə çətinlik çəkirlər. Belə hal yarananda əgər ana bizim pasiyentimiz olarsa, uşağı neqativ enerjidən təmizləmək problem olmur…

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi