Avropa Komissiyasının başçısı Ursula Fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında bəyan edib ki, Avropa Komissiyasının növbəti tərkibində ilk dəfə olaraq müdafiə üzrə Avropa komissarı vəzifəsi yaradılacaq.
Fon der Lyayen deyib:“Əgər mən Avropa Komissiyasının növbəti tərkibinə başçılıq etsəm, əlbəttə ki, müdafiə üzrə Avropa komissarı postunu yaradacağam. Onun hansı ölkədən, kişi və yaxud qadın olacağını hələ bilmirəm, lakin bu vəzifə bizə lazımdır”.
Avropa Komissiyasının növbəti tərkibi 2024-cü ilin noyabrında öz işinə başlayacaq.