Kadırovun oğlu nazir təyin edildi

Ramzan Kadırovun böyük oğlu Axmat Kadırov Çeçenistan Respublikasının gənclərlə iş üzrə naziri təyin edilib.

Bu barədə Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib.

Məlumata əsasən, o həmçinin rayonun ali mükafatına – respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Axmat Kadırov adına orden”ə də layiq görülüb. (APA)

Mənbə