Türkiyənin Mersin şəhərindən Amasiya şəhərinə gedən sərnişin avtobusu qəzaya uğrayıb.
Bu barədə TRT məlumat yayıb.
Məlumata görə, avtobus Yozqat-Kayseri yolunun Battal kəndindən keçən hissəsində aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3-ü ağır olmaqla ümumilikdə 18 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.