Qəzza ilə bağlı Qahirədə aparılan danışıqlar hələlik istənilən nəticəni verməyib

Qəzza zolağında girovların azad edilməsi ilə bağlı Qahirədə aparılan danışıqlar hələlik istənilən nəticəni verməyib.

Bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, məsləhətləşmələr “məhsuldar və ciddi” olsa da, yekun razılaşmaya gətirib çıxaracaq heç bir irəliləyiş yoxdur.

Mənbələrin bildirdiyinə görə, əsas maneə İsrail həbsxanalarındakı fələstinli məhbusların Qəzza zolağında HƏMAS-ın saxladığı girovlarla dəyişdirilməsindəki nisbətdir.

Fevralın 13-də Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məsləhətləşmələr keçirilib. Onlar Qəzzada radikallar tərəfindən saxlanılan girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla dəyişdirilməsinə dair mümkün razılaşmanı və anklavda atəşkəs rejiminin yaradılması perspektivlərini müzakirə ediblər. Məsləhətləşmələr üç gün davam edəcək.

Mənbə