Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə görüşü gözlənilir.
Bu barədə məlumatı “CNN Türk” yayıb.
Bildirilir ki, görüşdən əvvəl Türkiyənin XİN rəhbəri Hakan Fidanın ABŞ-yə rəsmi səfər etməsi planlaşdırılır.
Məlumata görə, həm Türkiyə, həm də ABŞ-də keçiriləcək seçkilər səbəbindən bu görüşlərin konkret tarixi hələ ki məlum deyil.
Bununla belə, Ərdoğanla Baydenin görüşünün iyulda Vaşinqtonda NATO sammiti çərçivəsində baş tuta biləcəyi də istisna edilmir.