Türkiyədə zəlzələ oldu

 Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda 4.4 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Məlumata görə yeraltı təkanlar yerin 5.74 km-də qeydə alınıb.

Tələfat və dağıntı ilə bağlı məlumat verilməyib.

Mənbə