NATO üzvlüyünü ödəməyənləri Rusiyadan qorumayacağıq

Üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyik.

Bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Böyük bir ölkənin prezidentlərindən biri mənə dedi: “Əgər biz pul verməsək və Rusiya bizə hücum etsə, sən bizi qoruyarsan?” Dedim: “Ödəməmisiniz. Deməli, ödənişi gecikdirirsiniz?” Yox, mən onları müdafiə etməzdim, qoy istədiklərini etsinlər. Siz hesablarınızı ödəməlisiniz”, – Tramp bildirib.

Mənbə