İsrail hakimiyyəti Vaşinqtonu Yaxın Şərqdə, xüsusilə də Qəzzada müharibə bataqlığında boğacaq.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Tasnim” agentliyinə müsahibəsində bildirib.
“İsrailin 4 aylıq müharibəsindən sonra bu gün görürük ki, Təl-Əviv qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb. ABŞ-ın Netanyahuya davamlı dəstəyi açıq-aşkar uğursuzluğa səbəb olacaq. İsrail rejimi Yaxın Şərqdə ABŞ-ı müharibə bataqlığında boğmağa çalışır”, – nazir deyib.
O, ABŞ-ı İsrailin Qəzzada törətdiyi cinayətlərə görə dəstək verməməyə çağırıb.