Məcburi köçkünlər ƏMDX rəhbərlərindan prezidentə şikayət edəcək… – imztoplama kampaniyası başlayır

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun və sözügedən qurumun şöbə müdiri Taleh Bəşirovun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi məcburi köçkünlər arasında ciddi narazılığa səbəb olub.

Məsələ ilə bağlı redaksiyamıza məlumat verən etibarlı mənbənin sözlərinə görə, məcburi köçkünlər Əmlak Məsələləri Dövlət Xidmətinin harınlamış məmurlarından ölkə başçısına şikayət etməyə hazırlaşır. Məcburi köçkünlər əmindirlər ki, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən məmurların bu özbaşınalığı haqqında məlumat Prezident İlham Əliyevə çatacağı təqdirdə dövlət başçısı dərhal onları cəzalandıracaq, məcburi köçkünlərin ikinci dəfə qaçqın həyatı yaşadanlara lazımı dərs verəcək.

Mənbənin məlumatına görə, ölkə başçısına ediləcək müarciətlə bağlı imzatoplama kampaniyasının həftə sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bazar ertəsinə kimi Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlər imzatoplama kampaniyasını başa çatdıraraq, dövlət başçısına müraciət edəcək.

Xatırladaq ki, bir müdət bundan öncə Bakının Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivinin “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi ƏMDX-nin yetkililəri – Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılıb. Ərazini satın alan iş adamı ƏMDX məmurlarının köməyi ilə məcburi köçkünlərə məxsus bəzi ev və yardımçı təsərrüfatları dağıdıb, avtomobil və piyada yolunu bağlayıb. Məcburi köçkünlərin etirazına məhəl qoymayan məmurların məcburi köçlünlərin yaşadığı digər evlərə də əl qoyacağı ehtimal edilir.

Onu da qeyd edək ki, məlum prosesdə xüsusi aktivliyi ilə diqqət çəkən isimlərdən biri olan Taleh Bəşirovun adı ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumata görə, Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün bu cür bahalı hədiyyəyə layiq görülüb. Onun Türkiyədə də geniş biznes şəbəkəsinə malik olduğu iddia edilir.

Hurriyyet.az