Şair- publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü , ictimai xadim ,ziyalı xanım Xalidə Nurayın doğum günüdür.
Bu münasibətlə Xalidə xanımı səmimi qəlbdən təbrik edir sağlam uzun ömürlə yanaşı yaradıcılığında uğurlar , nailiyyətlər diləyirəm.
Abzas-önü boş qalmış
həyat hekayəsi.
Nağıllarda olduğu kimi,
abzasla başlayır ,
Önü boş qalmış
həyat hekayəsi.
İnsanın istəyini deyil,
Tanrının nəsib etdiyini
yaşayır bəndəsi.
Abzasdan sonra başlayır
müəmmalı həyatın qış çiləsi.
Acılı-şirinli yaşanır,
yaşamın hər pilləsi.
Mələyindən kömək umur
körpələrin inqəsi.
Yada düşüncə kövrəlir
uşaqlıq xatirəsi.
Yerə-göyə sığışmayır
gəncliyin naz-qəmzəsi.
Yenə boşluqla başlayır,
qayğısıyla əzab çəkən ahıllıq,
Bu boşluğa qəmxar olur,
əzabını çəkdiklərinə,
əzab olan qocalıq.
Daha nələr,nələr…
Sonu boşluqda itən illəri yaşadıqca,
Düşünürsən,nə yaxşı ki…
önü boş qalmış sətirlər var.
Xoş ətirli sətirlərdə,
yaşaran ümidləri, yaşadır insanları.
Bəzən də bu boşluqlar,
İnsanın sığmadığı,
bir məhbəsə çevrilir.
Ürəkləri nisgilli,duyğuları ac…
Öz ömrünün əsiri olan kəs,
çiyinlərində dağdan ağır
günahlarla,
Zərrə-zərrə qazandığı
səvablarla,
İlahi rəhminə duyur ehtiyac.
Son mənzilə,yeni bir həyata…
əli boş əyni yalın,
gözləri bağlı yollanır,naəlac…
Bu bir həyat fəlsəfəsi…
Abzasla başlayan ömrün,
sonu da,
abzasa möhtac!
Qocalıq.
Rəngi avazıyıb payız ömrümün,
Əsir əl-ayağı tuş gəlib qışa.
Əsaya sığınıb itən gümanı,
Kim bilir, qismətmi yetə yoxuşa?
Düşüb kəhərindən iti yerişi,
Sürünən səbrini gəzir yorğalıq.
Solubdu üzündə qəmzə gülüşü,
Təpərsiz dizində əsir qocalıq.
Viranə könlündə ümid arayır,
Açılan sabaha yoxdu inamı.
Xatirə selində kaman sızlayır,
Susmur ayrılığın ahı-amanı.
Ruhu sətir-sətir ölür içində,
Günahlar yuyulur dərd yağışında.
Qürub günəşi tək candan can qopur,
Yeni bir həyatın doğuluşunda.
Bəsirətlə gəlir şairin sözü
Onu yaşatmağa yetməz öz ömrü.
İnsanlığa dəyər verən şairin,
Ürəklərdə yaşar bitməz söz ömrü.
Taleyimin rəngi…
Rəssam,elə rəng seç solmasın izi,
Əzəldən gülməyib bəxtimin üzü,
Açılmır yağmurdan sevdamın gözü,
Nəmli gülüşlərim bəm ahəngdədi,
Bildinmi,taleyim hansı rəngdədi?…
Yazan qismətimi əzabdan yazıb,
Vədəsi fələyin əlində azıb,
Ruhumu bir ahın dilindən asıb,
Nəfəsim elə bil dar səhəngdədi,
Bildinmi, taleyim hansı rəngdədi?…
Toxunur əlimə şehi üşüdür,
Saçımı darayan mehi üşüdür,
Yalın arzuları ahı üşüdür,
Sazaqdan dil açan qəm ürəkdədi,
Bildinmi, taleyim hansı rəngdədi?…
Sinib xatirəmin buz baxışına,
Xəzan ilmə salıb yaz naxışına,
Əyni islanıbdı söz yağışına,
Bir ömür nəğməsi bu çələngdədi.
Bildinmi,taleyim hansı rəngdədi?…
Turan yürüşü
Günəş doğdu,zülmət nura büründü,
Şuşa qalam ər imzanla öyündü,
Qarabağım behiştlə tən göründü,
Turan yürüşünlə, İlham-Ərdoğan!
Nur ələdin yeksan olan ocağa,
Səcdə etdin mehin dəyən torpağa.
Şəhi01.dimin ruhu şaddı bu çağa,
Turan yürüşünlə, İlham-Ərdoğan!
Türk elimin birlik oldu son andı,
Yatmışlarım harayına oyandı,
Qan bahası qeyrət zəfər qazandı.
Turan yürüşünlə, İlham-Ərdoğan!
Yetirmisən söz haqqına məzlumu,
Hər gedişdə sındırmısan zalımı,
Zəngəzurdan saldın nicat yolunu,
Turan yürüşünlə, İlham-Ərdoğan!
Alparslantək bozqurdların baş-başa,
Arxa oldu sən tək böyük qardaşa,
Yüz il azdır, əsrlərlə min yaşa
Turan yürüşünlə, İlham-Ərdoğan!
Ovunduran yuxumsan.
Baxışınla ovsunlanan,
Gözlərim səni arayır,
Həsrətli əllərin mehi
Saçlarımı sığallayır.
Düşündükcə ötənləri,
Xəyalların yaxır məni,
Xatirələr yana-yana,
Buz köksünə sıxır məni.
Daha çoxdan ögeyləşib
Dodağında yaz gülüşün.
Tumarına həsrət qalıb,
Küskünləşib gülər üzüm.
Pəncərəmi döyəcləyir,
Narın-narın zər yağışlar.
Soraq umur ay,ulduzdan,
İntizar dolu baxışlar.
Bacarmadım unutmağı,
Neyləyim daha yoxumsan.
Hərdən mənə son təsəlli,
Ovunduran xoş yuxumsan
Dunyaxeber.org