Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd olan müharibə əleyhdarı siyasətçi Boris Nadejdinin imzalarında 15,348% qüsur aşkar edib.
Namizədin seçki qərargahı bununla razılaşmır.
“Biz işçi qrupun qərarı ilə razı deyilik. Bütün dünya gördü ki, biz vicdanla imza topladıq”, – qərargahın nümayəndəsi bildirib.
Qanuna görə, imzalarında 5%-dən az qüsur aşkar edilən namizəd qeydiyyatdan keçir.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 17 martda baş tutacaq. Səsvermə 15-17 mart tarixlərində davam edəcək.(Modern.az )
Əvvəlki
Növbəti