Beynəlxalq Kosmik Stansiyada “Roskosmos”un astronavt dəstəsinin komandiri Oleq Kononenko orbitdə ümumi qalma üzrə dünya rekordu qırıb.
Bu barədə TASS məlumat yayıb.
“Bu gün Moskva vaxtı ilə saat 11:30-da (Bakı vaxtı ilə 12:30) Kononenko beş missiya (1998-2015-ci illər) ərzində kosmosda ümumilikdə 878 gün 11 saat 29 dəqiqə 48 saniyə keçirmiş rus kosmonavt Qennadi Padalkanın nailiyyətini üstələyib. O, hazırda karyerası ərzində beşinci kosmik uçuşunu keçirir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, iyunun 5-də ayında o, kosmosda 100 sutkadan çox qalan ilk insan olacaq.