GVİB-nin sedri,İctimai xadim Müqamət Əliyev Gənclər Günü münasibətilə təbrik edərək GVİB-ə üzv olan gənclərin ötən dövr ərzində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi.
Bildirdi ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaratmışdır. Respublika gənclərinin tərkib hissəsi olan Gənc Vətənpərvərlər İctimai Birliyinə üzv olan gənclərimiz də cəmiyyətimizin bütün sferasında əzmkarlıq və fədakarlıq göstərir. İdman siyasətində ən uca zirvələrdə dalğalandıran idmançılarımız, istərsədə digər sahələrdə çalışan gənclərimiz bu gun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək ölkəmizin gələcəyi naminə, min illərlə müstəqil yaşaması naminə var qüvvələrini əsirgəmirlər.
Ölkemizdə gənc neslə gösterilən diqqət və qayğı birbaşa dövlet siyasəti ile bağlıdır. O, gənclərlə bağlı layihə ve proqramların uğurla heyata kecirildiyini söyləyib və vurğulayıb ki, Genclər və İdman Nazirliyinin bu istiqametdə fealiyyəti xüsusilə qeyd edilməlidir.
1994 cü ilin iyun ayının 26 da Gənclər və İdman Nazirliyinin yaradıldığına diqqət çəkən M.Əliyev “Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqçi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin ölkəmizdə “Gənclər İli” elan olunması, Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident mükafatının təsis edilməsi, xüsusuilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”da gənclər üçün böyük perspektivlər açır. Bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədini daşıyır. GVİB üzv olan gənclər də respublikamızın ictimai-siyasi həyatında həmişə öz fəallıqları ilə seçilmişlər. Onlar ölkə Prezidenti ətrafında six birlik nümayiş etdirərək, onun daxili və xarici siyasəti ilə həmrəy olduqlarını öz əməli işləri ilə təsdiq etmişlər.
Gənclərimiz əsl vətənpərvərlər kimi yetişməlidirlər. Onların hər biri vətəni, torpağı həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi sevməli, lazım gəldikdə canından keçməyi bacarmalıdırlar.Gənclərin Azerbaycan xalqının tarixinə, mədəni irsinə,adət-ənələrinə, dövlet dilinə və rəmzlərine, milli-mənəvi ve ümumbeşeri dəyərlərə hörmət ruhunda terbiyə olunması qanunun əsasını teşkil edir. Gənclərin yaradıcılıq qabiliyyetinin üzə cıxarılması, ölkenin inkişafına və ümummilli problemlerinin həllinə seferbər olunması əsas istiqamətlər kimi müeyenleşdirilib. Azerbaycanımızı müsteqil bir dövlət olaraq inkişaf etdirən, Ulu Önderimizin siyasi kursunu layiqincə yerinə yetirən prezident İlham Əliyev gənclərin hərterəfli inkişafı lazımı yardım gösterir”.
Tədbirdə bir qrup gəncə fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə Gənc Vətənpərvərlər İctimai Birliyinin fəxri diplomu və Təşəkkürrnama ilə təltif olunub. Qeyd edək ki, təltif olunanlar sırasında Vətən müharibəsi iştirakçıları da yer alıblar. GVİB-n KİV iş şöbəsi.