Konstitusiyamızda hansı maddə İrəvanı narahat edir?

 Ermənistan parlamentinin spikeri Alen Simonyan yeni Konstitusiyanın qəbul edilməsi məsələsinin Azərbaycanla görüşlərdə müzakirə edildiyinə işarə vurub. Lakin maraqlı məqam Ermənistanın Azərbaycandan da bunu tələb etməsidir. Simonyan iddia edir ki, Azərbaycan Konstitusiyasında, Azərbaycanın hüquqi aktlarında da dəyişdirilməli olan müddəalar var.

Bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Simonyan söhbətin hansı maddələrdən getdiyini açıqlamayıb:

“Çünki Azərbaycan Konstitusiyasında, yaxud Müstəqilliyin Bərpası haqda Konstitusiya Aktında Ermənistan üçün təhlükə ola biləcək, yaxud onları maraqlandıra biləcək müddəa yoxdur. Ermənistanın müstəqillik bəyannaməsində isə qondarma “miatsum”dan bəhs olunur, açıq şəkildə Qarabağa iddia edilir və Konstitusiya bu bəyannamənin müddəalarının icrasını vəzifə olaraq müəyyənləşdirir.

Simonyanın iddiasının Ermənistan siyasi seqmentində yeni Konstitusiya istəyinin Bakının sifarişi olduğu haqda ittihamlara qarşı hesablandığı görünür”.



Mənbə