Nazirlik hələ də bu “QƏTLİAMA” GÖZ YUMUR – ETİRAZ

“Aidiyyatı qurumları ovlanması qadağan edilmiş və Qırmızı Kitabda olan quşların və heyvanların qanunsuz ovlanaraq yol kənarında, rayon bazarları və restoranlarda satılmasına qarşı reydlər keçirməyə və bu təcrübənin qarşısını almağa çağırırıq. İctimaiyyətdən bu çağırışa qoşulmağı gözləyirik”. Dia-az.info bildirir ki, bu barədə “Ecofront” adından paylaşımda qeyd olunur.
Paylaşımda əlavə olaraq deyilir: “Biz bu təcrübəni izləməyə davam etməyəcəyik. Etirazımız ən xoşagələn formada olmayacaq.
Qırmızı Kitaba düşən növlərin qorunmasına Azərbaycan dövləti konstitusiyada nəzərdə tutulmuş zəmanət verir.
Maddə 39
Ovlanması qadağan edilmiş və Qırmızı Kitaba düşən növlərin qanunsuz ovlanması dəymiş ziyanın məbləğindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır.
Cinayət Məcəlləsi: Maddə 258.2.3
Cinayət Məcəlləsinin Kommentarisindən çıxarış:
Qeyd olunan cinayət əməli CM-in 258.2.2, 258.2.3, 258.2.4 maddələri üzrə ictimai təhlükəli nəticələrin baş verib-verməməsindən asılı olmayaraq, həmin əməllər törədildiyi andan başa çatmış hesab edilir”.

Nazirlik hələ də bu “QƏTLİAMA” GÖZ YUMUR



Mənbə