“Bizə hücum edilsə NATO köməyə gəkməyəcək” – Tramp

“Mən NATO haqqında bunu deməyə nifrət edirəm, amma onların köməyinə ehtiyacımız olsa, məsələn, bizə hücum edilsəydi, onların köməyimizə gələcəklərinə inanmıram. Mən o insanları tanıyıram”.

Bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nevada ştatında tərəfdarları ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ “Baydenin səriştəsizliyi ucbatından ölür və Ağ Evin indiki rəhbəri qeyri-qanuni mühacir axınının qarşısını almasa, sərhəddəki vəziyyət fəlakətə çevriləcək”.

Eyni zamanda, Bayden Ukraynaya milyardlarla dollar göndərir, respublikaçı vurğulayıb.



Mənbə