Boris Yeltsinin “Rusiya NATO-ya daxil olan ilk ölkə olmalı idi” sözlərini eşitməmişəm.
Bunu Yeltsinin Protokol Xidmətinin keçmiş rəhbəri Vladimir Şevçenko deyib.
“Bu, yoldaşların (ABŞ Milli Təhlükəsizlik Arxivi nəzərdə tutulur – red.) cəfəngiyyatıdır və bunu xatırlamıram”, – o bildirib.
Şevçenko bu cür sənədlərin məxfilikdən çıxarılması faktına da qəzəblənib:
“Bu, yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkün olmalıdır”.
Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan stenoqrama görə, Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-Oqarevoda amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, Rusiya NATO-nun genişlənməsi halında alyansa ilk qoşulan ölkə olmalıdır.