Müharibə başlayandan bəri Ukraynanın 10 milyon sakini evini tərk etmək məcburiyyətində qalıb.
Bunu BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.
O, beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi davam etdirməyə çağırıb:
“Müharibə zamanı təxminən 6,3 milyon insan Ukraynadan gedib, daha 3,7 milyon insan isə Ukraynanın döyüşlərdən uzaq başqa bölgəsinə köçüb. Qaçqınların sayı 10 milyon nəfərdir. Bu da demək olar ki, ölkə əhalisinin dörddə birini təşkil edir”.