Fövqəladə vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru TERCO şirkəti yaxın aylarda okeana 54,6 min ton yüngül radioaktiv su buraxmağı planlaşdırır.
Bu barədə AES-dən verilən məlumatda qeyd olunub.
“2024-cü maliyyə ilində (1 aprel 2024-cü il – 31 mart 2025-ci il) yeddi ayrı hissədə okeana təxminən 54,6 min ton suyun buraxılması planlaşdırılır”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, noyabrın 20-də Yaponiyanın “Fukusima-1” AES-dən su axıdılmasının növbəti mərhələsini başa çatdırdığı barədə xəbər yayılıb.
Mənbə: gazeta.ru