“”SOCAR AQŞ” MMC- nin işçisi Qasım İbrahimov idarənin rəhbərİ Samir Mollayevin 30.03.2021-ci il tarixli, İP 258/tarixli əmri ilə qeyri qanuni işdən azad EDİLİB.
Qasım İbrahimov bununla əlaqadar iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Sabail və Appelyasiya məhkəmələri onun iddia ərizəsini təmin edib”. Bunu açıqlamasında tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.
Hüquq müdafiəçisi daha sonra bildirib: “Məhkəmə qərarlarından narazı qalan Samir Mollayev Ali Məhkəməyə kassasasiya şikayəti verir. Ali Məhkəmə hakimi cənab Əhməd Əhmədov 7 ay düşündükdən(???) sonra (35 aydan sonra) ölkənin Əmək Məcəlləsinə və Mülki Prosesual Məcəlləsinə zidd qərar verir(qərar əlavədə). Belə ki, hakim Əhməd Əhmədov:
-Öz qərarı ilə şirkətin 30.03.2021-ci il tarixli, İP 258/tarixli əmrini (İşçi Qasım İbrahimovla, işəgötürən arasında bağlanmış müqavilənin ləğvi barədə) ləğv edir,
Əmri qanunsuz hesab EDİB, işçini işə bərpa edir. Cənab hakim, əgər bu işçi sizin qərarla – işə bərpa olunursa, bu halda onu yenidən işdən necə çıxarırsınız?! ??? Sizin işçini – İşdənçıxma kimi bir səlahiyyətiniz yoxdur axı? İşçi ilə bağalanmış Əmək Müqaviləsinin ləğv edilmə səlahiyyəti işəgötürənə aiddir. Yəni cənab Mollayevə.(o bu sahədə artıq peşəkarlaşıb!) Bu halda işçinin ikinci dəfə, yenidən işdən azad edilməsi barədə Əmr hardadı? Bax, peşəkar hüquqşünaslar demişkən, bu da artıq hüququn bitdiyi yerdi. Düşünürəm sizin hüququn bitirdiyiniz yerə hüquqi düzəliş verilməsi üçün hörmətli hüquqşünaslarımızın Ali Məhkəmənin Plenumu və həm də Ali Məhkəmənin sədir İnam Kərimova müraciətləri mütləqdir
Sonda:
Və cənab hakim, hansı səbəbdən:
-Ali Məhkəmə 3 ay müddətində baxılmalı halda 7 ay müdətində baxıb
-işə bərpa barədə iddia ərizəsinə 11 ay müddətində baxılıb yekun qərar çıxarılmalı olduğu halda, 3 il müddətin(35 ay) müddətində baxılıb . Bəlkə???,,,,,
Hər iki məhkəmə instansiyasının qərarı qüvvədə qaldığı halda şirkət məcburi işburaxmaya görə işçiyə 50000(əlli min manat) vəsait ödəməli idi…”
dia-az.info