İsveçin Baş naziri Ulf Kristersson macarıstanlı həmkarı Viktor Orbanla fevralın 1-də Brüsseldə NATO-ya üzvlüklə bağlı görüş keçirməyə razılıq verib.
Bu barədə məlumat Ulf Kristerssonun məktubunda yer alıb.
“Mən hər ikimiz üçün əlverişli vaxtda Budapeştdə bu məsələni daha ətraflı müzakirə etməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Avropa İttifaqı Şurasının Brüsseldə keçiriləcək mühüm iclasında da görüşmək imkanımız olacaq”, – deyə İsveçin Baş naziri bildirib.
Qeyd edək ki, bir müddət öncə Viktor Orban NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün isveçli həmkarını Budapeştdə görüşə çağırıb.