“AŞPA Azərbaycanın Vətən müharibəsindəki qələbəsini həzm edə bilmir” – Aydın Hüseynov

“AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi bəzi qərb dövlətlərinin, təşkilatlarının İkinci Qarabağ müharibəsindəki qələbəni hələdə həzm edə bilməməsidir.  Mahiyyət etibarı ilə separatizmə son qoyan, suverenliyini bərpa edən rəsmi Bakı total hücumlara, təzyiqlərə məruz qalmaqdadır.  AŞPA-ya daxil olan bəzi dövlətlər Azərbaycanı “Qara siyahı”ya salıb, ermənipərəst mövqe sərgiləyir. Lakin onlar bizi gözdən çıxaracaq qədər ağılsız ola bilməzlər. Əgər bu ağılsızlığı etsələr, AŞPA  üçün ağır nəticələr doğura bilər. Görünür, Fransanın başlatdığı anti-azərbaycan meylləri kampaniya halı almağa başlayıb”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, AŞPA-nın sabiq və hazırkı prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir: “Qeyd etdiyimiz kimi, AŞPA çirkin kampaniyasına almaniyalı deputat Frank Şvabenini də qoşub. Bu şəxs Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulması təşəbbüsünü irəli sürüb. Bu da o anlama gəlir ki, Emmanuel Makronun Fransası anti-Azərbaycan kampaniyasını Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Görünən odur ki, Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına, Frank Şvabeninin timsalında isə Almaniyanı muzdlu icraçıya çevirə bilib. Təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu və özünün istiqamətləndirdiyi görsənir.

Deputatın sözlərinə görə, Azəraycan AŞPA-nın Azərbaycan ilk dəfə deyil ki, təşkilatın qərəzi ilə üzləşir: “Yadınızdadırsa,  ötən il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Görünür AŞPA rəhbərliyi məzmunu saxlayıb, təzyiq formasını dəyişib. Belə ki, 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Məqsədin ermənilərin “blokada yaşaması”nı göstərmək, bunu hesabatlara salmaq olduğunu aydın dərk edən Azərbaycan tərəfi bu absurd addıma imkan verməyib. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir”.