Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə ediləcək

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Azərbaycan- Ermənistan arasındakı problemlərin nizama salınması məsələsini müzakirə edəcəklər.

Bu barədə teleqram kanallarında məlumat yayılıb. 

Məlumatda bildirilib ki, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, AB-nin Qırmızı dənizdəki missiyası və 13-cü antirusiya sanksiyalar paketini müzakirə edəcəklər.



Mənbə