ABŞ-də son bir həftə ərzində Arktikadakı soyuqlar səbəbindən azı 61 nəfər ölüb.
AYNA xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
Ölüm hallarının əksəriyyəti Tennessi və Oreqon ştatlarında qeydə alınıb.
Bundan əvvəl 47 nəfərin öldüyü bildirilirdi.
Yanvarın 12-dən ABŞ-nin bir çox ştatlarında kəskin soyuqlar hökm sürür. Mərkəzi bölgələrdə temperatur mənfi 34,4 dərəcəyə düşüb.