Şərur sakini məhkəmədə də haqqını bərpa edə bilmir… – GİLEY

“Mən Naxçıvan Muxtar Respublikası Şərur rayon Qarxun kənd sakini Muradov İlkin Elman oğlu Sizdən xahiş edirəm ki Cənab Prezidentimizin bu uğurlu siyasətinə kölgə salan Naxçıvan Muxtar Respublikasının Məhkəmə sistemində işləyən , hansısa bir cinayətkarın cinayətini ört basdır edən, yol polis idarəsinin avtomobilini yararsız hala salan və fərdi avtomobilləri yararsız hala salan cavabdehi orgederek müdafiə edərək, hansısa qurumda işləyən qohumuna telefonla zəng vurub Məhkəmə qətnaməsini ləğv edən, bəzi məmurlardan biridə Şərur rayon Məhkəməsində hakim işləyən və mənim məhkəmə prosesimə baxan hakim Seymur Qarayevdən və birdə orada katib işləyən Ələsgərov Əli Vüqar oğlundan şikayətimi sizə bildirmək istəyirəm”. Bu ifadələr Şərur sakininin ölkə rəhbərliyinə etdiyi mürciətində yer alıb.

Müraciətdə daha sonra deyilir: “Mənim Şərur rayon Məhkəməsinin Hakimi Seymur Qarayev və birdə Məhkəmənin katibi Ələsgərov Əli Vüqar oğlundan şikayətim ondan ibarətdir ki mülkiyətimdə olan avtomobilimə Şərur rayon Kosacan kənd sakini Rəsulov Aslan Rafiq oğlu və bir də Şərur rayon Çomaxtur kənd sakini Abbasov Ramil 10 ay bundan əvvəl 4800 manat məbləğində mənə qəsdən olaraq maddi ziyan vurublar. Mən Cənab Prezidentimizin qurduğu güclü hüquq siyasətinə arxalanaraq – öz hüququmdan isdifadə edərək mənə dəymiş zərəri məhkəmə yolu ilə həll etmək istədim. Lakin adları çəkilən şəxslər həmin məbləği cavabdeh şəxslərin maddi maraqlarını nəzərə alaraq hakim Seymur Qarayev cavabdeh Rəsulov Aslan Rafiq oğluna ödətdirməli olduğu məbləği 2442 manata və Abbasov Ramilin ödəməli olduğu maddi ziyanı isə 1900 manata endirmişdir. Həmin vurulan ziyanla bağlı mən 10 aydır ki Şərur rayon Məhkəməsindən nə dəymiş maddi ziyanın ödənilməsini nə də ki mənə qətnamə ilə bağlı düzgün məlumatı vermək istəmirlər.

12 yanvar 2024 cü il tarixdə mənə dəymiş maddi ziyanla bağlı atam Muradov Elman İsa oğlunu Məhkəmənin hakimi Qarayev Seymur Şərur rayon Məhkəməsinə çağıraraq cavabdeh şəxs olan Rəsulov Aslan Rafiq oğluna “saat altıya kimi sənə vaxt verirəm” deyərək ya dəymiş maddi ziyanı ödəməyi tələb emiş, ya da ki “səni həbsə göndərəcəm” demisdir. Lakin iki saat sonra məhkəmə icraçılarından aldığım şifahi məlumata əsasən cavabdeh şəxs atasına zəng vuraraq ona məsələ barədə bildirmiş, cavabdehin atası isə Şərur rayon İcra Hakimiyyətindən hansısa bir qohumu olan yəni icra hakiminin müavini Hakimə zəng vuraraq bu işin və bu dəymiş zərərin tam ödənilməyəcəyini deyərək və atama 500 manat pul verəcəyini icraciya cavabdeh şəxs olan Rəsulov Aslan Rafiq oğlundan alaraq bunu tələbkar Muradov İlkinə – yəni mənə ödənilməsini və bu məbləğdən başqa məbləğin verilməməsini icraçıya demişdir.

Bu sözdən sonra atam da qalan vəsaitin ödənilməsini soruşanda hakim Qarayev Seymur atama “get, hara gedirsən, get” deyərək icraçının otağından çıxaraq öz iş otağına gedərək atamı bir daha qəbul etməyəcəyini demişdir. Bu hakim Qarayev Seymur məni məcbur edir ki mən qanuni yolla yox qanunsuz olaraq cavabdeh şəxsə xəsarət yetirərək mənə dəymiş ziyanı tələb edim. Onu da bildirim ki mənə 5000 min manata yaxın dəymiş ziyanı özüm qarşılamaq üçün “Naxçıvan bank”dan kredit götürmüşəm və aylıq 280 manat ödəniş edirəm. Bir də onu Sizin nəzərinizə çatdırım ki mənim öhdəliyimdə 18 yaşına çatmamış əlil uşaq var və təqaüdçü atam və anam da himayəmdədir. Mən sizdən artıq dərəcədə xahiş edirəm ki mənə dəymiş zərərin ödənilməsinə köməklik edəsiniz”.

dia-az.info 



Mənbə